Səudiyyə Ərəbistanının futbol üzrə milli komandası bütün dünyada qınağa tuş gəlib.
Sportarena.az xəbər verir ki, ərəblər DÇ-2018-in seçmə mərhələsi çərçiovəsində Avstraliya ilə oyunun əvvəlində İngiltərədə baş vermiş terrorun qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən imtina edib. Avstraliyalı futbolçular mərkəzə toplaşsalar da, ərəblər öz yerlərində qalıblar.
Qeyd edək ki, qarşılaşma Səudiyyə Ərəbistanının 2:3 hesablı məğlubiyyətiylə yekunlaşıb