O`Nil: "Almeydanın “Qarabağ”dakı oyunlarını izləmişik" - MÜSAHİBƏ

20:03 9 İyun 2017

DÇ-2018-in seçmə mərhələsində sabah millimizin qonağı olacaq Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil oyunöncəsi mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, irlandiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

- Almaniya ilə oyuna baxdığınızı demişdiz. Bu oyundan nə gözləyirsiz?

- Azərbaycanın bütün oyunlarına baxmışam. Bu sualı siz mənə yox, Prosineçkiyə ünvanlamalısız. Çünki Azərbaycan millisinin hazırlığını o daha yaxşı bilər. Almaniyaya qarşı oyunun ilk 30-35 dəqiqəsində çox yaxşı mübarizə aparmışdız.

 

- Riçard Almeyda barədə də danışmışdız. Ondan çəkinirsiz? 
- Onun “Qarabağ”dakı oyunlarını izləmişik. Bu, millidə ilk oyunu olacaq. Lakin bizim oyunçularımız Premyer Liqa klublarında oynayırlar. Fikrimcə, ona qarşı yaxşı mübarizə apara biləcəklər.

 

- Sabah Bakıda hava isti olacaq. Bu, komandanıza nə dərəcədə təsir edə bilər? 
- Hava yaxşıdı. Türkiyədə də burdakı hava şəraiti kimidi. Bu bizə çox da böyük problem yaratmayacaq. Fikrimcə, öz oyunumuzu göstərə biləcəyik.

 

- Komandaların şanslarını necə dəyərləndirirsiz? 
- Öz ölkəmizdə 4:0 hesabıyla qalib gəldik. Fikrimcə, bu oyundan da yaxşı nəticə ilə qayıtmaq üçün yaxşı şansımız var. Bundan əlavə, Azərbaycan son iki oyunda məğlub olduğundan, bu oyuna daha yaxşı hazırlaşacaq.

 

- Azərbaycan millisinin hansı oyunçularını fərqləndirə bilərsiz? 
- Hansısa oyunçunu fərqləndirmək digər oyunçulara qarşı hörmətsizlik olardı. Ancaq komandada yaxşı oyunçulardan Dmitri Nazarovu fərqləndirərdim. Bundan əlavə, “Qarabağ”ın Çempionlar Liqasında “Seltik”lə matçında Rəşad Sadıqovun oyununu da çox bəyənmişdim.


Digər xəbərlər

Xəbər xətti