DÇ-2018-in seçmə mərhələsində sabah Şimali İrlandiya yığmasını qəbul edəcək Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev oyunöncəsi mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, müdafiəçi sabahkı oyunda sona kimi döyüşəcəklərini deyib:
“Uzunmüddətli hazırlıq keçmişik. Rəqibi tanıyırıq. Belfastdakı oyunu unutmamışıq. Rəqiblə sonadək vuruşacağıq. Sabahkı oyundan yalnız yaxşı nəticə gözləyirik”.