DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya millisi bu gün Bakıda Azərbaycan yığmasının qonağı olacaq.
Sportarena.az xəbər verir ki, Britaniya təmsilçisini Bakıdakı oyunda 200-dən artıq azarkeş dəstəkləyəcək. Artıq şimali irlandiyalı azarkeşlər paytaxtımıza təşrif buyurublar. Onlar dünən fiziki qüsurlu uşaq evində olublar və azyaşlıları forma, digər hədiyyələrlə sevindiriblər.
Azərbaycan - Şimali İrlandiya oyunu bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.