Prosineçki 3 futbolçunu millidən uzaqlaşdırdı

15:59 10 İyun 2017

DÇ-2018-in seçmə mərhələsində bu gün Şimali İrlandiya ilə qarşılaşacaq yığmamızın heyətindən 3 futbolçu kənarlaşdırılıb.

 

Sportarena.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki Renat Dadaşov, Ürfan Abbasov və Elvin Məmmədovun adını 23 nəfərlik iştirak ərizəsinə salmayıb. Onlar matçı tribunadan izləyəcəklər.

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyunu saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti