Portuqaliyalı məşqçi Vitor Pereyra həbs cəzası alıb.
Sportarena.az xəbər verir ki, Yunanıstanda yerli məhkəmə portuqal barəsində həbs qərarı qəbul edib. Buna Pereyranın 2015-ci ildə, “Olimpiakpos”da çalışdığı zaman AEK-lə oyunda rəqib azarkeşlərə qarşı qeyri-etik jest göstərməsi səbəb olub. Belə ki, sözügedən oyunla bağlı təhqiqat başladılıb və Pereyra barədə 8 aylıq həbs qərarı qəbul edilib.
Portuqaliyalı məşqçidən başqa, Pirey təmsilçisinin futbolçusu Paytim Kasami də həbs cəzasına layiq görülüb.