DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanı qəbul edən Azərbaycan millisi məğlub olub - 0:1.
Sportarena.az xəbər verir ki, görüşdən sonra yığmamızın üzvü Cavid Hüseynov fikirlərini bölüşüb:
“Futbolu biz oynadıq, rəqib qol vurdu. Nə edə bilərik? Bir neçə şansımız oldu. Amma yararlana bilmədik. Rəqib isə heç nədən qol vurdu. Onlar üçün hədiyyə idi. Qol vurduqlarına özləri də inana bilmirdilər. Rəqibin son dəqiqələrdə qol vuracağını düşünmürdüm. Çünki müdafiəçilərimiz çox yaxşı oyun sərgilədilər. Son dəqiqəyə qədər onlara oynamaq imkanı vermədik. Məğlub olduğumuza görə çox təəssüflənirəm, danışmağa söz tapa bilmirəm. Nəinki standart vəziyyət, bütün həmlələrin qarşısını kəsməyə hazır idik. Düşünürəm ki, oyunboyu rəqibə yaxşı müqavimət göstərdik. Burazdığımız qola gəlincə, şoka düşmüşdük".