Ramil Şeydayev: Futbolu buraxaqmı?

12:11 11 İyun 2017

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, 20 yaşlı hücumçu əvvəlcə oyunu dəyərləndirib:


 
- Daha yaxşı çıxış edirdik. Amma son saniyələrdə qol buraxdıq. Belə alındı. Bu, futboldur.

 

- Qol imkanlarınızdan yararlana bilməməyinizə nə mane oldu?

- Daha çox işləmək lazımdır ki, belə vəziyyətlərdən yararlana bilək və qalib gələk.

 

- Təkbətəkdən qolu niyə vura bilmədiniz? Top ayağınıza oturmadı?

- Xeyr, adi qaydada zərbə endirdim. Sadəcə, top qapıya getmədi. Yenə deyirəm, daha çox işləməliyik ki, belə vəziyyətlərdən də yararlana bilək.

 

- Demək olarmı ki, Şimali İrlandiya ilə görüşdən xalla ayrılmaq olardı?

- Bəli, 100 faiz belədir. Daha yaxşı oynayırdıq.

 

- Nəticəni ədalətsiz sayırsınız?

- Demək olmaz ki, ədalətsiz nəticədir. Bunu Allah bilir. Sadəcə, belə alındı.

 

- Sonadək mübarizə aparacaqsınız?

- Nə etmək olar? Futbolu buraxaqmı? Əlbəttə, mübarizə aparacağıq. Hələ evdə 2 oyunumuz qalıb. Niyə də yox?! Azarkeşlər, özümüz, əzizlərimiz və yaxınlarımız, ölkəmiz üçün oynamalıyıq.

 

- Növbəti mövsümü harada keçirəcəksiniz?

- “Jilina”da.


Digər xəbərlər

Xəbər xətti