“Bavariya”nın qapıçısı Manuel Noyer evlənib.
Sportarena.az xəbər verir ki, 31 yaşlı qolkiper 24 yaşlı Nine Vayssla ailə həyatı qurub. Toy mərasimi İtaliyada, Bari şəhəri yaxınlığında keçirilib.
Noyer ayağından aldığı ağır zədəni müalicə etdirdiyindən toyda da qoltuq ağacının köməyi ilə hərəkət edib.