"Qələbəyə biz yox, Azərbaycan layiq idi" - AÇIQLAMA

17:14 11 İyun 2017

"Çox çətin qarşılaşma oldu. Belə çətinliklə üzləşəcəyimizi əvvəlcədən dərk edirdik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin futbolçusu Stüart Dallas deyib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Şimali İrlandiya (0:1) oyunundan sonra  jurnalistlərin suallarını cavablandıran Dallas fikirlərini bildirib. O, çox vacib qarşılaşmada qalib gəldiklərini söyləyib:

 

“Demək olar ki, qrupun ən vacib oyunlarından birinə çıxmışdıq. Hər hansı xal itkisi işimizi çətinə sala bilərdi. Sonuncu dəqiqədə qol vurduğumuz və qələbə qazandığımız üçün özümüzü xoşbəxt hiss edirik”.

 

Şimali İrlandiya millisinin yeganə qolunun müəllifi vurduğu qol haqda danışıb:

 

“Rəqibimiz çox yaxşı futbol oynadı. Ola bilər ki, qələbəyə biz yox, rəqib layiq idi. Ancaq futbolda risk etmək lazımdı. Oyunun son dəqiqələrində çox yorulmuşdum. Qol epizodu zamanı başımı sadəcə aşağı salıb topa zərbə vurdum və qol oldu”. 


Digər xəbərlər

Xəbər xətti