Rəşad Sadıqov Zinəddin Zidana çatdı

20:06 11 İyun 2017

DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə oyunu Rəşad Sadıqov üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, kapitan milli forma ilə 108-ci oyununa çıxıb. Buna qədər öz ölkəsinin yığmasında ən çox oyun keçirən futbolçular sıralamasında 265-ci sırada olan “Qarabağ”ın üzvü bu matçla birlikdə 14 futbolçu ilə bərabər 251-ci pilləyə qalxıb.

 

Zinəddin Zidan (Fransa), Bobbi Mur (İngiltərə), Yurgen Klinsmann (Almaniya) kimi əfsanələrə çatan kapitan Dieqo Qodin (Uruqvay), Aleksis Sançes (Çili) və Qabor Kirayla (Macarıstan) da göstəricisini eyniləşdirib.
 

Qeyd edək ki, yığmanın indiki heyətində yalnız üç futbolçu 50-ni fəth edib. Rekordçu Rəşaddan başqa, Kamran Ağayevlə Rahid Əmirquliyev də bunu bacarıb. (Apasport)


Digər xəbərlər

Xəbər xətti