İngiltərə dünya çempionu oldu

10:43 12 İyun 2017

Cənubi Koreyada 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında çempion məlum olub.

 

Sportarena.az xəbər verir ki, finalda Venesuela ilə qarşılaşan İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb. Dominik Calvert Levinin 35-ci dəqiqədə vurduğu qol ingilislərə dünya çempionluğunu qazandırıb.

 

İngiltərə millisi tarixində ilk dəfə bu titula sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti