Prosineçki: "Bu gün AFFA rəhbərliyilə görüşəcəm" - AÇIQLAMA

11:05 12 İyun 2017

"Bu gün AFFA rəhbərliyilə gələcəyimlə bağlı görüşəcəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib. Xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərlə arasında yaşanan kiçik insident barədə də danışıb:

 

"Adətən, ilk sual yenicə başa çatan oyun barədə olmalıdır. Amma mən mətbuat konfransına gələn kimi "Bursaspor"la bağlı sual verdilər. Onlar əvvəlcə məndən oyun, üzücü məğlubiyyət haqda yox, Türkiyəyə gedib-getməyəcəyimi soruşdular. İkinci, üçüncü suallar da eyni mövzuda oldu və özümdən çıxdım. Mən onlara dedim ki, istəyirsinizsə, gedə bilərəm".

 

Prosineçki millimizlə dekabra kimi müqaviləsinin olduğunu xatırladıb:

 

"Dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləm var. Əvvəlcə rəhbərliklə danışacam. Sonra hər şey müəyyənləşəcək".


Digər xəbərlər

Xəbər xətti