"Qardaşım kimi Azərbaycan millisində oynaya bilərəm" - AÇIQLAMA

12:40 12 İyun 2017

21 yaşadək futbolçulardan ibarət milli komandamızın futbolçusu Ozan Can Kökçünunun qardaşı Orkun Kökçü Hollandiya mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, “Feyenoord”un futbolçusu gələcək karyerasından danışıb. O, hansı millini seçəcəyi ilə bağlı yekun qərarı vermədiyini deyib:

 

“Türkiyə, Hollandiya və ya qardaşım kimi Azərbaycan millisində oynaya bilərəm. Amma hələlik bu barədə düşünməmişəm. Əsas hədəfim “Feyenoord”da güclənməkdir. Dediyim kimi, hər üç millini seçmək hüququm var”.

 

Qeyd edək ki, Orkunun qardaşı Ozan Can ötən il Azərbaycan millisini seçib. O, Türkiyə millisindən təklif alsa da, yığmamızda oynamağa üstünlük verib.


Digər xəbərlər

Xəbər xətti