"Qalatasaray" yeni mövsüm üçün transfer çalışmalarına davam edir.
Sportarena.az xəbər verir ki, İstanbul klubu "Stok Siti"də oynayan Canneli İmbulanı hədəfə alıb. "Sarı-qırmızılar" "Marsel" və "Portu"da forma geyindikdən sonra - 2016-cı ildə 24 milyon avroya İngiltərə klubuna transfer olunan 24 yaşlı yarımmüdafiəçini icarəyə götürməyə çalışır.
Fransız futbolçunun meneceri ilə görüşən "Qalatasaray" rəsmiləri razılıq əldə edib. "Stok Siti" də razılıq versə, keçid baş tutacaq.