İtaliyanın "Milan" klubu növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" hücum xəttini gücləndirib. "Rossyonerlər" "Portu"nun hücumçusu Andre Silvanı sıralarına qatıb. Bu transfer üçün "Milan" 40 milyon avrosundan keçib. Portuqaliya millisinin üzvü olan Silva tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə qol çəkəcək.
21 yaşlı forvard "Portu"nun heyətində bu mövsüm 36 oyuna 20 qol vurub və 7 assist edib.