"Qarabağ"ın sabiq futbolçusu Samuel Armenteros İsveç milli komandasına dəvət alıb.
Sportarena.az xəbər verir ki, "Herakles"in 27 yaşlı hücumçusu iyunun 13-də Norveç yığması ilə yoldaşlıq görüşünə çağırılıb.
Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub.
Əlavə edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb.