Türkiyə klublarının rəhbər və menecerləri dünən Bakıda olub.
Sportarena.az xəbər verir ki, "Trabzonspor" və Super Liqaya yenicə vəsiqə qazanan "Göztəpə"nin nümayəndələri "Tofiq Bəhramov"da Şimali İrlandiya ilə qarşılaşmanı izləyib.
Qaradənizlilər həm "Jilina"ya icarəyə verdikləri Ramil Şeydayevin son durumu ilə yerində tanış olub, həm də yığmamızın digər üzvlərini iş başında görüblər. Hər iki klubun skautları komandamızın bəzi futbolçularını gözaltı edib. (sportinfo.az)