Millimizin üzvü "Osmanlıspor"a keçəcək?

15:49 12 İyun 2017

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz karyerasını "Osmanlıspor"da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib. "Bursaspor"da əsas komandadan uzaqlaşdırılan və transferə çıxarılan 29 yaşlı forvardın “Osmanlıspor”la razılığa gəldiyi bildirilir.

 

Qeyd olunur ki, paytaxt təmsilçisinin baş məşqçisi Hamza Hamzaoğlu “Bursaspor”dan tanıdığı yetirməsini yenidən ixtiyarında görməkdə israrlıdı. Məhz onun tələbindən sonra danışıqlara başlayan “Osmanlıspor” rəhbərliyi Dənizlə artıq anlaşıb.

 

İndi qalır “Bursaspor”u bu keçidə razı salmaq. “Ağ-yaşıllar” müqavilə müddətinin sonuna 2 il qalan oyunçunun keçidinin əleyhinə deyil. Lakin bursalılar onu havayı yola salmaq istəmirlər. - See more at: http://futbolinfo.az/xeber/47735/#sthash.25Cr8j3f.dpuf


Digər xəbərlər

Xəbər xətti