Terim Ardaya dəstək olan futbolçunu millidən uzaqlaşdırdı

10:58 13 İyun 2017

Arda Turandan sonra Türkiyə millisinin daha bir futbolçusu cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim iyunun 12-də keçirilən Kosova - Türkiyə matçında (1:4) millinin müdafiəçisi Caner Erkinə heyətdə yer verməyib. O, oyunu tribunadan izləyib.

 

Türkiyə mətbuatında yer alan xəbərə görə, “İmperator”un müdafiəçini tribunaya göndərməsinə Erkinin bir müddət öncə Arda Turan və jurnalist arasında baş vermiş mübahisə zamanı komanda yoldaşına dəstək verməsi səbəb olub. Onun bir daha milliyə çağırılmayacağı bildirilir.

 

Qeyd edək ki, bir müddət öncə Türkiyə millisinin üzvü Arda Turan yığmanı Sloveniyaya aparan təyyarədə jurnalistə hücum etmişdi. Bu hadisədən sonra yığmanın düşərgəsindən kənarlaşdırılan Arda, bir müddət sonra milli karyerasını bitirdiyini açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti