"Fənərbaxça"nın qapıçısı Volkat Dəmirəl Azərbaycan klublarının birindən təklif alıb.
Sportarena.az xəbər verir ki, bu barədə qolkiperin meneceri Ərdinç Şəhid "Bein Sports" kanalına açıqlamasında söyləyib. O deyib ki, Azərbaycan da daxil olmaqla, 3 ölkədən təklif alıblar. Şəhidin sözlərinə görə, təkliflərə rəğmən, Dəmirəl "Fənərbaxça"dan ayrılmaq istəmir:
"Azərbaycan, İtaliya və ABŞ-dan təkliflər var. Amma “Fənərbaxça”dan başqa komanda istəmirik. Transfer pəncərəsi açıldıqdan sonra "Fənərbaxça" ilə görüşəcəyik. Mövsüm başa çatan kimi İtaliyadan təklif alsaq da, razılıq vermədim”.