Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki haqqında "Bursaspor"la anlaşdığı barədə yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, "goal.com" saytına açıqlama verən xorvat mütəxəssis yığmamızın baş məşqçi postundan ayrılmağa hər hansı bir səbəb görmədiyini söyləyib:
“Azərbaycan millisi ilə ilin sonuna qədər müqaviləm var. Federasiya rəhbərliyi işimdən razıdır. Müqaviləmin sonuna qədər burada qalacam. Məsələ çox sadədir, ilin sonuna qədər müqaviləm var və buna hörmət etməliyəm. Təəssüf ki, iki gün öncə ağır məğlubiyyət aldıq, ancaq bu, heç nəyi dəyişdirmir. Bilirəm, haqqımda çox şey yazırlar. Deməliyəm ki, indiki vəziyyətdə iş yerimi dəyişəcək bir səbəb görmürəm”.