Mövsüm başa çatandan sonra "Qəbələ"dən ayrılan eston futbolçu Sergey Zenyov ölkəsinin mətbuatına açıqlama verib.
Sportarena.az xəbər verir ki, Estoniya millisinin üzvü yeni klubunun adına yaxın günlərdə aydınlıq gələcəyini bildirib:
“Qəbələ"dən ayrılandan sonra yeni təklifləri nəzərdən keçirirəm. Təkliflər var, amma mən daha sərfəli təklif gözləyirəm Heç bir klubun düşərgəsinə baxışa yollanmayacam. Birbaşa müqavilə imzalamaq niyyətindəyəm".
Qeyd edək ki, Zenyov 2015-ci ildən “Qəbələ”də çıxış edirdi.