Raniyeri Fransada çalışacaq

16:09 13 İyun 2017

Klaudio Raniyeri özünə yeni iş yeri tapıb.
 
Sportarena.az xəbər verir ki, "Lester"dən ayrıldıqdan sonra işsiz qalan italiyalı mütəxəssis Fransada çalışacaq. Raniyeri "Nant"la anlaşıb. Serjio Konseysaonun “Portu”ya gedişindən sonra başsız qalan Fransa klubu Ranyeri ilə 2 illik müqavilə bağlayıb.
 
Qeyd edək ki, Ranyeri Fransada daha öncə "Monako"nu çalışdırıb və komandanı aşağı liqadan elitaya yüksəldib.


Digər xəbərlər

Xəbər xətti