“Atletiko” futbolçusu Antuan Qrizmannla müqaviləni yeniləyib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Fransalı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin mayına qədər uzadılıb. Onun əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm İspaniya klubunun heyətində 36 oyunda 16 qol vurub.