Geridə qalan mövsümün ikinci yarısından 3-5-2 taktiki sxemini 4-5-1-lə əvəzləyən Massimilano Alleqri bu dəyişiklikdən sonra yarımmüdafiənin sol cinahında yaranan boşluğu doldurmaq niyətindədir.
Sportarena.az xəbər verir ki, italyan mütəxəssisin həmin mövqeyə cəlb etmək istədiyi futbolçunun adı artıq məlum olub. İtaliya mətbuatının iddiasına görə, “qoca sinyora" "Bavariya”nın braziliyalı vingeri Duqlas Kostayla danışıqlar aparır.
"Yuve" "sambaçı"ya illik 6 milyon avro maaş, Münhen klubuna isə 40 milyon avro təzminat təklif edib.
Kostanı satmaqda maraqlı olan "Bavariya"nın bu təklifi müsbət dəyərləndirəcəyi gözlənilir. Çünki 26 yaşlı yarımmüdafiəçi ilə ciddi şəkildə maraqlanan başqa klub yoxdur.