Növbəti mövsümə hazırlığı davam etdirən “Qarabağ” yoxlama oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi Suraxanıda, “Azərsun Arena”da keçirilən oyunda həvəskarlar liqasında mübarizə aparan “Bakı”nı 9:0 hesabıyla məğlub edib. Oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov matçla bağlı fikirlərini bildirib:
"Hazırlıq ümümən pis deyil, amma istədiyimiz kimi çalışa bilmirik. Bəzi oyunçularımız müəyyən səbəblərdən komanda ilə birgə deyil, aşağı yaş qruplarından futbolçular cəlb etmişik. Bizimlə yoxlama oyununa razılıq verdiyi üçün “Bakı”ya təşəkkür edirik. Rəqibin kimliyindən asılı olmayaraq, yoxlama matçına çıxmaq vacibdi. Hələ ki, ilk oyundu. Futbolçulardan istədiyimizi ala bilmirik. Bu gün hazırlıqlarımızın ilk hissəsini başa vurduq".