"Neftçi"dən ayrıldı, "Səbail"i seçdi

10:26 15 İyun 2017

Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında debüt edəcək "Səbail" heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, debütant "Neftçi"dən ayrılan Murad Ağayevlə anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 

 

Ağayev U-19 və əsas millimizin heyətində çıxış edib. O həmçinin "Sumqayıt" və AZAL komandalarının da şərəfini qoruyub. 


Digər xəbərlər

Xəbər xətti