Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, Roman Qriqorçuk komandası Rusiya Premyer Liqasında çıxış edən “Axmat”la (keçmiş adı "Terek") qarşılaşacaq.
Qeyd edək ki, ilk sınaq matçında yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.