Şenol Günəş "Beşiktaş"la yeni müqavilə imzaladı

11:56 15 İyun 2017

"Beşiktaş" baş məşqçisi Şenol Günəşlə müqavilənin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. Təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb. Yeni sözləşməyə əsasən, Günəş illik 2.5 milyon avro məvacib alacaq.

 

Qeyd edək ki, Şenol Günəşin rəhbərliyi altında "Beşiktaş" ardıcıl iki mövsüm Türkiyə Super Liqasının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti