“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.
Sportarena.az xəbər verir ki, mütəxəssis Çempionlar Liqasının finalında “Real”a 1:4 hesabı ilə uduzduqdan sonra komandadan ayrılmaq istəyib. Alleqri fikirlərini belə izah edib:
"Real"a uduzduqdan sonra "Yuventus"dan getmək istəyirdim. Ancaq bu fikrimdən daşındım və qalmağa qərar verdim. Azarkeşlərin məyusluğun başa düşürəm. Amma "Real"a uduzmağımız digər uğurlarımızı silmir. Növbəti mövsüm bütün kubokları qazanmalıyıq və bunun üçün çalışacağıq".
Qeyd edək ki, "Yuventus" A Seriyasının və ölkə kubokunun qalibi olub. Alleqri isə komanda ilə yeni müqavilə imzalayıb.