Bir müddət öncə “Qalatasaray”dan göndərilən Sabri Sarıoğlu rəhbərliyin bu qərarından sonra sarsılıb.
Sportarena.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Türkiyə mətbuatına açıqlamasında karyerasını 15 il şərəfini qoruduğu doğma klubunda bitirmək istədiyini, lakin rəhbərliyin onun bu xəyalını oğurladığını deyib:
“Mənim bir xəyalım var idi. Karyeramı başladığım yerdə bitirmək istəyirdim. Xəyallarımı oğurladılar! 2 il daha oynayıb, futbolçu karyeramı bitirməyi planlaşdırırdım. Rəhbərlik mənə otur desə oturar, oyna desə oynayardım. Mənə söz vermişdilər. Lakin hər nə oldusa, son 1 həftədə bu vədlər yaddan çıxdı. Düzünü deyim, “Qalatasaray”dan ayrıldığım üçün çox kədərliyəm”,