"Bursaspor"un prezidenti Prosineçki barəsində danışdı - "Təəssüflər olsun ki, alınmadı" - AÇIQLAMA

15:18 15 İyun 2017

Türkiyənin “Bursaspor” klubunun prezidenti Ali Ay Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki haqqında növbəti dəfə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbəri xorvatiyalı mütəxəssisi komandanın “sükanı arxası”na gətirə bilmədikləri üçün təəssüfləndiklərini bildirib:

 

“Prosineçki ilə çox çalışmaq istəyirdik. Onunla razılıq əldə etmək üçün çox çalışdıq. Özü də “Bursaspor”u diqqətdə saxlayırdı, amma təəssüflər olsun ki, alınmadı. Növbəti  həftə içində baş məşqçi məsələsi həllini tapacaq”.

 

Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçki müqaviləsinin sonuna qədər postunda qalacağını açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti