PSJ-nin yarımmüdafiəçisi Lukas Moura yeni mövsümdən etibarən karyerasını İtaliyada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu "İnter”lə müqavilə bağlamağa hazırlaşır. "Sambaçı" ilə danışıqlar müsbət nəticələnib. Mouranın razılığını alan "neradzurra” vaxt itirmədən klubu PSJ ilə danışıqlara başlayıb. "İnter” bu transferi reallaşdıracağı təqdirdə, yarımmüdafiəçi İvan Perişiçin "Mançester Yunayted”ə keçməsinə razılıq verəcək.
Moura ötən mövsüm 37 oyunda 12 qola, 6 məhsuldar ötürməyə imza atıb.