İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda keçirilən pley-off oyunlarından daha biri baş tutub.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" "Tenerife"ni qəbul edib. İsrafilovun adının iştirak ərizəsinə salınmadığı qarşılaşma, "Kadis"in minimal hesablı qələbəsiylə nəticələnib. Bu komandalar arasında cavab oyunu iyunun 18-də keçiriləcək.
Qeyd edək ki, pley-off mərhələsinin digər cütündə "Hueska" doğma meydanda "Xetafe" ilə bərabərə qalıb (2:2).