"Antalyaspor" "Milan" və "İnter"in futbolçularını hədəfə aldı

11:29 16 İyun 2017

“Antalyaspor” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Superliqa klubu növbəti mövsüm üçün heyəti gücləndirmək üçün İtaliya A seriyasında çıxış edən bir neçə futbolçunu transfer etmək istəyir. “Antalyaspor” əsasən “Milan” və “İnter”in futbolçuları ilə maraqlanır. Məlumata görə, antalyalılar “Milan”ın xavbekləri Yura Kutsk və Xose Sosa, müdafiəçisi Qabriel Palettanın xidmətlərində maraqlıdı. Antalya təmsilçisi “İnter”dən Qari Medeli də heyətə qatmağı planlaşdırır. Məlumatı “Antalyaspor”un prezidenti Ali Safarak da təsdiqləyib:

 

Qeyd edək ki, “Antalayspor” bir neçə gün öncə “Bordo”, “Milan”, PSJ və “Roma”da çıxış etmiş Jeremi Menezlə müqavilə bağlayıb.


Digər xəbərlər

Xəbər xətti