Mövsümlərarası fasilədə “Fənərbaxça”ya transfer olan Matye Valbuena İstanbulda azarkeşlər tərəfindən coşquyla qarşılanmasından bərk təsirlənib.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu İstanbul hava limanındakı qarşılanmanı gördükdən sonra ötən il bu klubun təklifinə “yox” cavabı verdiyi üçün peşman olub. Fransız yarımmüdafiəçinin buna görə klub prezidenti Əziz Yıldırımın qardaşı və İstanbul təmsilçisinin futbol direktoru Əli Yıldırımdan üzr istədiyi qeyd edilib.
Qeyd edək ki, Valbuena karyerası ərzində “Liburn”, “Marsel”, “Lion” və “Dinamo”nun (Moskva) şərəfini qoruyub. Yarımmüdafiəçi 2010-cu ildən Fransa millisinin də üzvüdü.