Cənubi Afrika Respublikasının Premyer Liqasının "Stellenboş" - "Blek Leopards" matçında kuryoz qol qeydə qalınıb.
Sportarena.az xəbər verir ki, "Stellenboş"un oyunçularından biri zədə aldığı vaxt 2:0 hesabı ilə öndə olan "Blek Leopards"ın oyunçuları zərərçəkənə həkimlərin kömək edə bilmələri üçün topu kənara vurublar. Oyun bərpa olunduqdan sonra meydan sahiblərinin yarımmüdafiəçisi Petrus Şitembi "Fair Play" qaydalarına uyğun olaraq, topu rəqib qapıçıya verməyi qərara alıb. qonaqların qapıçısı ağlasığmaz səhvə yol verib. Bunun nəticəsində top qapıdan keçib.
Həmin epizodun videogörüntülərini təqdim edirik: