"Antalyaspor"un Kasilyas xəyalı gerçəkləşəcək? - AÇIQLAMA

20:03 16 İyun 2017

Türkiyənin Super Liqa təmsilçisi “Antalyaspor” bu ay “Portu” ilə müqavilə müddəti bitəcək İker Kasilyası heyətinə cəlb etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə Antalya təmsilçisinin prezidenti Ali Şafak Öztürk yerli mətbuata açıqlamasında məlumat verib:

 

“Kasilyas bizim xəyalımızdı. Büdcəmiz imkan verdiyi dərəcədə onu transfer etməyə cəhd edəcəyik”.

 

Artıq klub prezidentinin 36 yaşlı qolkiperlə danışıqlar aparmaq üçün menecer Corc Qardi ilə birgə İspaniyaya yollandığı deyilir.

 

Qeyd edək ki, bir neçə gün öncə “Milan”ın sabiq oyunçusu Ceremi Menezi heyətinə cəlb edən “Antalyaspor”, 2015-ci ildə məşhur hücumçu Samuel Eto Onu transfer etməklə diqqət mərkəzinə düşmüşdü.


Digər xəbərlər

Xəbər xətti