AFFA-nın ilk prezidenti Fuad Musayev dünyasını dəyişib.
Sportarena.az xəbər verir ki, o, dünən saat 12:00 radələrində Moskvada vəfat edib. Keçmiş AFFA rəhbəri böyrək çatışmazlığından əziyyət çəkirmiş.
Qeyd edək ki, Musayev Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib. O, bu ilin yanvarında 79 yaşını qeyd etmişdi.
Allah rəhmət eləsin!