AFFA iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Şimali İrlandiya oyununa bilet və Skybox satışından əldə edilən gəliri açıqlayıb.
Sportarena.az xəbər verir ki, matça bilet satışından 91165 AZN (ƏDV daxil olmaqla) gəlir əldə edilib.
Qeyd edək ki, oyun qonaqların 1:0 hesablı qələbəsiylə nəticələnmişdi.