Azərbaycanlı futbolçu “Krılya Sovetov”da

12:37 17 İyun 2017

Ötən mövsüm "Yenisey"də çıxış edən azərbaycanlı futbolçu Azər Əliyevin yeni klubunun adı müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki,o, karyerasını yeni mövsümdən Birinci divizionda çıxış edəcək “Krılya Sovetov” klubunda davam etdirəcək. Bu barədə klub məlumat yayıb. Yarımmüdafiəçi Samara klubu ilə azad agent statusu ilə müqavilə bağlayıb.

 

Qeyd edək ki, Əliyev ötən mövsüm "Yenisey"in heyətində 37 oyunda 3 qol vurub.

Rusiya Premyer Liqasını tərk edən “Krılya Sovetov” birinci divizionda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti