Ardaya Əmrə nümunəsi - "Əmrə də Azərbaycanla oyundan sonra həmin andakı hisslərinə məğlub olmuşdu" - AÇIQLAMA

15:50 17 İyun 2017

"Başakşəhər"in baş məşqçisi Abdullah Avcı ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis "Barselona"nın futbolçusu Arda Turanın millidən getməsinə münasibət bildirib. O, Ardanın hisslərinə qapıldığını və tələsik qərar verdiyini deyib:

 

"Arda mənim övladlarımdan biridir. Uşaqlarım 3 ay onun yanında oldu. Arda çox ağıllı və duyğusal insandı. Əmrə Bəlözoğlu da onun kimidir. Bəzən hissləri ağlının önünə keçir. Ardanın konkret nəyə görə millidən getdiyini bilmirəm. Amma hər zaman nəticəyə baxıram. Ümid edirəm ki, böyüklərimiz məsələni yoluna qoyacaqlar". 

 

Avcı müsahibə zamanı AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Türkiyə matçını xatırlayıb. O, millimizin 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra Əmrə Belözoğlunun Arda kimi qərar verdiyini söyləyib:

 

"Əmrə də Azərbaycanla oyundan sonra həmin andakı hisslərinə məğlub olub, milli karyerasını başa vurduğunu demişdi. İndi onun 38 yaşı var və milliyə dəvət etsələr, düşünmədən gedər. Demək istəyirəm ki, əvvəllər də Arda kimi qərar verən futbolçular olub. Ümid edirəm ki, problem yaxın zamanlarda həllini tapacaq".


Digər xəbərlər

Xəbər xətti