Rusiyada keçirilən Konfederasiyalar Kubokuna maraq yoxdu.
Sportarena.az xəbər verir ki, turnirdə iştirak edən yığmaların azarkeşlərinin Rusiyaya axın edəcəyi gözlənilsə də, bu baş verməyib. Yerli azarkeşlərin də oyunlara marağı azdı. Hətta Rusiya yığmasının oyunlarına da bütün biletlər satılmayıb.
Əlacsız qalan təşkilatçılar biletləri büdcə təşkilatlarına paylamalı olublar. Yerli mətbuatda yer alan xəbərlərə görə, ucuz biletlər satıldığından, büdcə təşkilatlarına bahalı biletlər paylanır.