“Yuventus”un müdafiəçisi Dani Alveş karyerasını İngiltərədə davam etdirə bilər.
Sportarena xəbər verir ki, braziliyalı futbolçu “Mançester Siti”yə keçməyə yaxındır. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola sabiq futbolçusunu sərəncamında görmək istəyir.
34 yaşlı Alveş Turin klubunun ona yeni müqavilə təklif etməməsindən narazıdır. Bu, onun “Siti”yə keçməsi üçün əsas səbəblərdən biridir.
Qeyd edək ki, Alveşl “Barselona”da Qvardiolanın rəhbərliyi altında oynayıb.