"Qalatasaray" axtardığı futbolçunu Braziliyada tapdı

17:50 18 İyun 2017

Mərkəz müdafiəçisi axtarışlarını davam etdirən "Qalatasaray" nəhayət istədiyini Braziliyada tapıb.
 
Sportarena.az xəbər verir ki, "San-Paulo"da forma geyən Maykonla bütün detallar razılşadırılıb. "Sarı-qırmızı"lar futbolçuya 7 milyon avro maaş və bonuslar verəcək. 
 
28 yaşlı futbolçu növbəti həftə İstanbula gələrək rəsmi müqaviləyə imza atacaq. İqor Tudorun komandada görmək istədiyi futbolçu stopper mövqeyindəki boşluğu dolduracaq. Maykon may ayında başlayan Braziliya çempionatında 6 oyunda forma geyib.


Digər xəbərlər

Xəbər xətti