“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Sportarena.az xəbər verir ki, komanda toplanışın ikinci gününü tək məşqlə tamamlayıb. Bakı vaxtı ilə saat 21:00-da start götürən hazırlıq meydançada keçirilib və təxminən 90 dəqiqə davam edib. Toplu və fiziki çalışmalarla məşqə yekun vurulub.
Qeyd edək ki, Ağdam klubu toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 20-də Rusiya Premyer Liqa təmsilçisi “Axmat”a qarşı keçirəcək.