Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılaır.
Sportarena.az xəbər verir ki, ölkəmizi bu turnirdə üç komanda – “Qəbələ”, “Zirə”, və “İnter” təmsil edəcək. Mübarizəyə I təsnifat mərhələsindən start verəcək “İnter”lə “Zirə”nin rəqibləri artıq məlumdu. "Zirə" Lüksemburqun “Differdanj”, "İnter" isə Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq.
Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Qəbələ” isə I mərhələdə çıxış edəcək "Yaqelloniya" (Polşa)/"Dinamo" (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
"İnter" və "Zirə" nin də bu mərhələdəki rəqibləri müəyyənləşib. “Mladost” - “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) duelinin güclüsü ilə görüşəcək. “Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” olacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.