Son mövsümdə AZAL-da çıxış edən Samir Məsimov karyerasını Rusiyada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, Məsimov hazırda bu ölkənin birinci divizion təmsilçisi “Fakel”də baxışdadı. Yarımmüdafiəçi hətta “Avanqard”la yoxlama oyununda şans da qazanıb. Voronej təmsilçisinin 4:3 hesabıyla qalib gəldiyi matçda Məsimov da iştirak edib. “Fakel”in baş məşqçisi Pavel Qusev həmyerlimizlə bağlı hələ ki, qərar verməyib.
Qeyd edək ki, Moskva “Lokomotiv”inin yetirməsi olan Samir, karyerası ərzində “Neftçi” və AZAL-dan başqa, Sloveniyanın “Domjale” komandasında da çıxış edib.