Qurban Qurbanov: "5 potensial rəqibdən ən çətini düşdü"

15:14 19 İyun 2017

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ”ın Gürcüstan çempionu "Samtredia”yla qarşılaşacağı barədə məlumat vermişdik.
 
Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bununla bağlı klubun saytına açıqlama verib. Təcrübəli mütəxəxssis pükatmanı belə dəyərləndirib:
 
"5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin "Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.
 
Qeyd edək ki, II təsnifat mərhələsinin qarşılaşmaları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti